Ərdoğan Azərbaycanla bağlı daha bir vacib sənədi təsdiqlədi - ANLAŞMA MEMORANDUMU
Aktual
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Senzor.az bildirir ki, məlumatı “Resmi Gazete” yayıb.
Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.