KTMT hərbçiləri Qazaxıstandan çıxırlar - MİSSİYA BAŞA ÇATDI
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda mühafizə edilən yerləri ölkənin hüquq-mühafizə orqanlarına təhvil verirlər.
 
Senzor.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin komandanlığı və Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - deyə məlumatda bildirilir.
 
Qeyd olunur ki, KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.
 
KTMT sülhməramlılarının Qazaxıstanı 10 gün ərzində tamamilə tərk edəcəkləri gözlənilir.
 
KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov deyib ki, Təşkilatın Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb. O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcəyini dünən bir daha bəyan etmişdi.
 
O həm də ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox müsbət qiymətləndirmişdi: "Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.