
Senzor.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.
Daha əvvəl məlumat verildiyi kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olacaq.
Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.