
Bunu Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib hazırkı gərginliyin artmasından, hərbi eskalasiyadan narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb", - Haq bildirib.
“Report” xatırladır ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.