Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda, həmçinin 4,5 mindən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 19 polis və hərbçi var.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.