
APA xəbər verir ki, bunu Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Taras Kremin özünün “Facebook” səhifəsində bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, çap mediası başqa dillərdə də nəşr oluna bilər, o şərtlə ki, xarici dildə nəşrin müvafiq tirajı ilə eyni vaxtda bu nəşrin dövlət dilində tirajı da dərc edilsin: “Bütün dillərdəki versiyalar aşağıdakı şərtlərlə dərc edilməlidir: Eyniadlı, məzmuna, həcmə, çap üsuluna görə bir-birinə uyğun və onların buraxılışları eyni seriya nömrələrinə malik olmalı, eyni gündə nəşr edilməlidir”.

Qanunun normaları Krım tatarları və Ukraynanın digər yerli xalqlarının dillərində (Krım tatarları, karaitlər, krımçaklar), ingilis və ya Avropa İttifaqının digər rəsmi dilində çap olunmuş nəşrlərə şamil edilməyəcək. Rus dili bu istisnalara aid deyil”.
Müvəkkil bildirib ki, bu il iyulun 16-dan bu tələblərə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur - 8,5 min qrivenə (300 ABŞ dolları) qədər cərimə, təkrar pozuntu halında bu məbləğ artırılacaq: 2024-cü ildən “dövlət dilini ictimai alçaltmağa və ya təhqir etməyə” görə cəza sərtləşdiriləcək. Dövlət Dilinin Müdafiəsi Müvəkkili, dövlət dili üzrə ombudsman adlanan şəxs, habelə onun bölgələrdəki nümayəndələri qanun pozuntularını qeydə alacaq və bu barədə Ombudsman Aparatına məlumat göndərəcəklər”.