"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Terminallarda proqram dəyişikliyi olub.
Senzor.az bildirir ki, KİV-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda belə deyilir.
Qeyd olunub ki, proqram təminatı yenilənmiş terminallarda ödənişləri həyata keçirmək mümkün olmurdu. Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub: ""E-manat"-dan bizə bildirildi ki, terminallarda bu problemin həlli üçün iş aparılır. Hazırda isə metrolarda yerləşən terminallarda "Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkündür. Problem müvəqqətidir, tezliklə həll olunacaq".
Qeyd edək ki, vətəndaşlar sosial şəbəkələrdə bir sıra ödəniş sistemlərində "Azərsu" və "Azəriqaz"ın smart kartlarının balansını artırmağın mümkün olmadığını bildirirlər.