
Senzor.az Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən bildirir ki,
yanvar ayının 17-də saat 15:25 radələrində Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən zastavasının sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə qarşı tərəf məlumatlandırılıb.
Qısa müddət ərzində yeniyetmələrin İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.