
Senzor.az bildirir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
F.Cəfərovun sözlərinə görə, “ASAN login” vasitəsi ilə sayta daxil olanlar üçün buna ehtiyac yoxdur: “Bu üsulla bilet almaq istəyən şəxslərin əlavə məlumatları daxil etmələrinə ehtiyac yoxdur. Vətəndaş özü ilə digər şəxs üçün bilet almaq istəyirsə, bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir".

İnternet resursunun bu gündən işə düşəcəyi gözlənilir.
Onu da xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

A.Rzayev əlavə edib ki, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti isə 7 manat olacaq: “Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar".
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov isə bildirib ki, işğaldan azad edilmiş ərazilərə gedən marşrut avtobusları polis tərəfindən müşayiət ediləcək.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə giriş zamanı biletlərin və bilet almış şəxslərin eyniliyi yoxlanılacaq. E.Məmmədov onu da əlavə edib ki, avtobus sürücüləri azad edilmiş ərazilərdə hərəkətlə bağlı məlumatlandırılacaqlar.
Senzor.az