Azərbaycanda məişət zəminində zorakılığa görə cəzalar sərtləşdirilir.
Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə cəza sərtləşdirilir.
Hazırda bu hərəkətlərə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Dəyişiklikdə isə dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir.