Bayden Avropa liderləri ilə videokonfrans keçirdi - UKRAYNA ƏTRAFINDAKI VƏZİYYƏTLƏ BAĞLI
ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə videokonfrans keçirib.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. 
 
Məlumatda deyilir ki, 1 saatdan çox davam edən söhbət zamanı ABŞ Prezidenti və Avropa liderləri Ukrayna sərhədlərində Rusiya ordusunun toplanması ilə bağlı narahatlıqlarını təkrar dilə gətiriblər, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Liderlər mövcud gərginliyin diplomatik yolla həlli üçün ortaq istəklərini vurğulayıblar və Rusiya ilə müxtəlif formatlarda son danışıqları nəzərdən keçiriblər. Onlar Avropa İttifaqı, NATO və ATƏT vasitəsilə işləmək də daxil olmaqla, transatlantik müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələri davam etdirmək barədə öhdəlik götürüblər.
 
Bayden özü də qeyd edib ki, danışıqlar zamanı Ukrayna ilə bağlı tam yekdillik olub: “Mən çox, çox-çox yaxşı görüş keçirdim, bütün Avropa liderləri ilə tam yekdil oldum. Bu barədə sonra danışarıq, təşəkkürlər”.
 
Qeyd edək ki, videogörüşdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltz, İtaliyanın Baş naziri Mario Draqi, NATO-nun Baş katibi Yens Stoltenberq, Polşa Prezidenti Anjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Conson iştirak ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.