Şahin Mustafayev Azərbaycan-İran sərhədində tikiləcək yeni körpü haqda – NƏLƏRƏ VƏ NECƏ TƏSİR EDƏCƏK?
Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün tikintisi İran-Azərbaycan sərhədində yaranan tıxacların qarşısını alacaq.
 
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev körpünün təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
“Biz gələndə yolboyu çoxlu yük maşınlarının dayandığının şahidi olduq. Bu da şəraitin yaxşı olmamasından irəli gəlir. Bu körpü tıxacların da qarşısını alacaq.
 
Şimal-Cənub nəqliyyat dəhlizinin iki komponenti var. Onlardan biri dəmiryoludur. Dəmiryolu körpüsü bir neçə il öncə tikilib istifadəyə verildi. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha bir körpü inşa edilir. Onun da inşası bu ilin sonuna kimi yekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxac olurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəb olur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər iki ölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu gün olduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpünün təməlini qoyduq, yeni körpü inşa ediləcək”, - Ş.Mustafayev qeyd edib.
 
Onun sözlərinə görə, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbat var: "Azərbaycan-Rusiya sərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsi üçün bir sıra işlər görülür. Hər iki sərhəddə bu problemlərin aradan qaldırılması Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımalarının həcmini artıracaq”.
 
Baş nazirin müavini iranlı nazirlə görüşlərinin səmərəliliyindən də söz açıb: “İran-Azərbaycan münasibətləri  yüksələn xətlə irəliləyir. İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdə idi. Çoxlu görüşlər keçirdik, müzakirələr apardıq. Bizim əlaqələrimizin ən əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir, Fars körfəzi – Qara dəniz marşrutu fəaliyyətə başlayır".
 
Ş.Mustafayev tikiləcək körpünün yaradacağı imkanları qeyd edib: “İki il ərzində pandemiya dövrünün sürməsi ölkələr arasında ticari əlaqələrə zərbə vurub. Amma İranla Azərbaycan arasında belə bir problem yaranmadı. Biz nə ticarəti, nə də ixracatı bir gün belə dayandırmadıq. Ticarət dövriyyəmiz əvvəlki ilə müqayisədə 30 % artıb. Yükdaşımalarda bu artım 62 %-dir. Buna baxmayaraq, tələbat var. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdən birinə başladıq. Bir ilə bu tikinti başa çatar və daha yaxşı şərait yaranar. İnsanlarımız da daha yaxşı yaşayar, gəlirlərimiz də artar”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.