"Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazır olsa, İran ABŞ-la birbaşa danışıqlara hazırdır".
Senzor.az bildirir ki, bunu İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ölkə əhalisinə müraciətində deyib.
İran Prezidentinin açıqlamasını yayan İSNA bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin İranla bağlı bəyanatını xatırladıb. Blinken demişdi ki, Vyanada İranın atom enerjisi ilə bağlı danışıqların effektiv başa çatması üçün hələ də fürsət pəncərəsi var.
“Hələlik bizim ABŞ-la birbaşa danışıqlarımız olmayıb... Qarşı tərəf bütün sanksiyaları ləğv etməyə hazırdırsa, razılaşmaq imkanı var”, - Rəisi Blinkenə cavab verib.