“Region bizim regionumuzdur. Biz Rusiya ilə Ukrayna arasındakı gərginliyin yeni böhrana çevrilməsini istəmirik. Bunun üçün əlimizdən gələni etməyə hazır olduğumuzu deyirik. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır”.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-yə müsahibəsində deyib.
“İki ölkənin liderini Türkiyədə qəbul edib, sülh yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə, acı istəmirik. Rusiyanın Qərb ictimaiyyəti ilə münasibəti ilə bağlı bir hissə var. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan xatırladıb ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib: “Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”.
Türkiyə Prezidenti Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini də qeyd edib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağıllı iş ola bilməz. Biz Rusiyaya onun bəzi tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Dediyim kimi, biz cənab Putini ölkəmizə dəvət etmişik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”.