Türkiyə Milli Təhlükəsizlik Şurası Rusiya və Ukraynaya çağırış etdi - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclas 4 saat 45 dəqiqə davam edib. 
 
İclasda Ermənistanla yeni dövrdə münasibətlər, Şərqi Aralıq dənizində baş verənlər, Ukrayna ilə Rusiya arasındakı gərginlik və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.
 
İclasda Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlər, onların təkmilləşdirilməsinə verilən əhəmiyyət vurğulanıb.
 
İclasda Rusiya Federasiyası ilə Ukrayna arasında artan gərginliyə də xüsusi diqqət ayrılıb. Gərginliyin artmasının heç bir tərəf üçün müsbət nəticələnməyəcəyi qeyd olunub.
 
Bundan əlavə, Şura bütün tərəflərə sağlam düşüncə ilə gərginliyi azaltmaq üçün çağırış edib.
 
**11:41

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əsas gündəm Ermənistanla yeni dövrdə münasibətlər, Şərqi Aralıq dənizində baş verənlər, Ukrayna ilə Rusiya arasındakı gərginlik və terrorla mübarizə olacaq.
 
İclasda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan prosesi ilə bağlı məlumat verəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.