Putin Təhlükəsizlik Şurasını topladı - XARİCİ SİYASƏT KONSEPSİYASI MÜZAKİRƏ EDİLDİ
Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda dünyada baş verən son dəyişikliklər nəzərə alınaraq hazırlanmış xarici siyasət konsepsiyası layihəsi  müzakirə edilib.
 
"Rusiya Xarici İşlər Nazirliyi ölkənin Xarici Siyasət Konsepsiyasının yenilənmiş variantının layihəsini hazırlayıb. Bu sənəd, təbii ki, strateji planlaşdırma sənədləri kateqoriyasına aiddir", - Putin bildirib.
 
Onun sözlərinə görə, XİN-in sənədində dünyada baş verən son dəyişikliklər, o cümlədən son beş ildə beynəlxalq siyasətdəki dəyişikliklər nəzərə alınıb.
 
Daha əvvəl Putin bildirmişdi ki, xarici siyasət konsepsiyasının hazırlanan yeni redaksiyasında xarici siyasət və diplomatik işin konkret sahələrinin təsbit edilməsi planlaşdırılır. Onun fikrincə, bu sənəd və Rusiya Federasiyasının yayda təsdiq edilmiş Milli Təhlükəsizlik Strategiyası Xarici İşlər Nazirliyi və digər nazirlik və idarələr üçün yol xəritəsi olacaq.
 
İclasda baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının rəhbərləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və digərləri iştirak ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.