Türkiyənin Muş rayonunda “Eren Qış-17” (Eren Kış-17 Şehit Jandarma Üsteğmen İsmail Moray Operasyonu) antiterror əməliyyatına başlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat terrorçuları “axtar, tap, yox et” taktikası ilə zərərsizləşdirmək, hücumlara hər cür hazırlıqlarını boşa çıxarmaq və bölgədə dinclik mühitini gücləndirmək məqsədi daşıyır.
Əməliyyata güc strukturlarının Muş rayon bölmələri, eləcə də təhlükəsizlik qurumlarının bölmələrindən ibarət 1071 nəfərlik heyət, 74 operativ dəstə cəlb olunub.
Qeyd edək ki, ölkə daxilində terrorun tamamilə ortadan qaldırılmasına qarşı icra edilən Eren əməliyyatları vətəndaşların dəstəyi ilə qərarlı şəkildə və müvəffəqiyyətlə davam edib. Hazırda ölkə daxilində, eləcə də İraq və Suriya ərazilərində antiterror əməliyyatlarını uğurla davam etdirən Türkiyənin təhlükəsizlik qüvvələri son 3-4 ildə terror təşkilatlarına sarsıdıcı zərbə vurublar. Dağlarda terror düşərgələrinə məxsus mağara və sığınacaqlar ələ keçirildikcə terrorçular daha da sıxışdırılır. Xüsusilə PKK tərəfindən zorla terrorçuluğa cəlb edilən aldadılmış insanların normal həyata qayıtması üçün ciddi tədbirlər görülür. Aparılan təbliğat-təşviqat işləri nəticəsində çox sayda aldadılmış şəxs, eləcə də azyaşlı qaçaraq PKK ilə yollarını ayırıb.