Aİ Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparır -
RUSİYA TƏDARÜKÜ DAYANDIRMAQ QƏRARINA GƏLSƏ...
Aktual
"Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk". Senzor.az bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq", - o vurğulayıb.