ABŞ-ın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə iclası Rusiya və Çinin etirazlarına baxmayaraq baş tutub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, iclasın yekunu kimi rəsmi nəticələr - sənədlərin və qərarların qəbulu olmayıb.
ABŞ, Ukrayna və onların Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürüblər. Lakin Rusiya bu ittihamları rədd edib.
Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya səsləndirilən ittihamlara belə cavab verib: “Gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir. Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsiniz”.
**21.16(31.01.2022)
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirmək üçün toplaşıb.
Senzor.az bildirir ki, prosessual səsvermə zamanı BMT Təhlükəsizlik Şurası iclasın keçirilməsinin lehinə çıxış edib. Beləliklə, 10 ölkə lehinə, Rusiya və Çin əleyhinə səs verib, üç ölkə bitərəf qalıb. İclasın keçirilməsi üçün doqquz dəstək səsi lazım olub.
Şuranın sədri, Norveçin daimi nümayəndəsi Mona Juulun verdiyi məlumata görə, iclasda Ukrayna, Belarus, Litva və Polşa nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Ukrayna ilə bağlı iclasın keçirilməsini daha əvvəl ABŞ tələb edib.