AZAL Bakı ilə Aktau arasında uçuşlara başlayır
ŞƏRTLƏR VƏ TƏLƏBLƏR
“Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuşların coğrafiyasını genişləndirdiyi barədə elan verib. Fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır.

Senzor.az AZAL-ın Mətbuat Xidmətinə istinadən bildirir ki, Bakıdan Aktau şəhərinə uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir.

Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.