“Omikron” İran parlamentinin işini dayandırdı - 15 ŞƏHƏR YENİDƏN “QIRMIZI ZONA”YA DAXİL EDİLDİ
Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi Koronavirusa qarşı Milli Mübarizə Qərargahının tövsiyəsi ilə İran parlamenti işini dayandırıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səbəb 47 deputatın koronavirusa yoluxmasıdır.
 
Parlamentin nümayəndəsi Nizam Müsəvi də bildirib ki, belə vəziyyətdə parlament öz işini davam etdirə bilməz. Bütün üzvlərin xəstələnməməsi üçün parlament müvəqqəti olaraq işini dayandırmalıdır. Onun sözlərinə görə, 47 parlament üzvü ilə yanaşı, parlament aparatının 30 nəfər əməkdaşı da virusa yoluxub.
 
Parlamentin işinin nə vaxt bərpa ediləcəyi isə hələlik məlum deyil. Bəzi parlament üzvləri vəziyyətin sabitləşməsinin gözləmək lazım olduğunu bildirirlər.
 
Xatırladaq ki, son bir neçə gün ərzində İranda koronavirusun “Omikron” ştamı daha çox yayılıb. Bununla əlaqədar İranın 15 şəhəri yenidən “qırmızı zona”ya daxil edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.