İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuş həyata keçirildi – YENİLƏNİB
Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
 
Senzor.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
 
Təyyarənin göyərtəsində 65 sərnişin olub.
 
Xatırladaq ki, ilkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.
 
**12:35

"Ermənistanın “FlyOne Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üzrə hazırlıqlarını başa çatdırıb".
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu “FlyOne Armenia” aviaşirkəti idarə heyətinin sədri Aram Ananyan deyib.
 
Onun sözlərinə görə, İrəvan-İstanbul-İrəvan reyslərinə maraq var. Uçuşla bağlı fəaliyyətin hazırkı səviyyəsi şirkətin ilkin proqnozlarına uyğundur.
 
“Biz bu istiqamətdə hava hərəkətinin qarşılıqlı əsasda bərpasına önəm veririk. Artıq qeyd etdiyimiz kimi, bu, İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilmək üçün çox yaxşı imkandır”, - Ananyan bildirib.
 
Növbəti reys fevralın 5-də həyata keçiriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.