Ərdoğan Ukraynaya gedir - SƏFƏR PROQRAMI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün - fevralın 3-də Ukraynaya səfər edəcək.
 
Senzor.az bildirir ki, Türkiyə Prezidenti Administrasiyasının yaydığı açıqlamada belə deyilir.
 
Qeyd olunur ki, səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.
 
Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq.
 
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.
 
Xatırladaq ki, bu səfər Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı dövrə təsadüf edir. Daha əvvəl Rəcəb Tayyib Ərdoğan iki dövlət arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Rusiya Preizdenti də yaxın zamanlarda Ukrayna ilə mövcud gərginliyin tənzimlənməsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.