Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri və Antalya Forumunda iştirakı müzakirə olunmur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu öz Facebook səhifəsində Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaan Unanyan yazıb.
Bundan əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan da ölkəsinin Antalya Diplomatik Foromunda iştirak etməklə bağlı yekun qərar vermədiyini açıqlamışdı.
Xatırladaq ki, Türkiyənin Vitse-prezidenti Fuat Oktay dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
“A Haber” telekanalının verdiyi məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq: “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”.