Bu gün-fevralın 8-də Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya səfəri başlayır.
Senzor.az xatırladır ki, bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Belə ki, Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub.
Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski arasında görüş keçiriləcək. Sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edəcəklər. Tərəflərin əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olacaq.
Emmanuel Makronu səfər çərçivəsində Fransa xarici işlər naziri Jan-iV Lö Drian da müşayiət edəcək.
Qeyd edək ki, fevralın 7-də Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş keçirilib. Tərəflər Ukraynada vəziyyəti, rəsmi Moskvanın Brüsselə və Vaşinqtona təqdim etdiyi təhlükəsizlik zəmanəti barədə sənədi müzakirə ediblər.