İsrail Qəzzaya humanitar yardım təchizatını 4 dəfə azaldıb
ÜST HƏYƏCAN TƏBİLİ ÇALIR

İsrail iyulun 31-dən avqustun 4-dək Qəzza zolağına BMT-nin humanitar yardım daşıyan yük maşınlarını Avropa İttifaqına (Aİ) vəd etdiyindən dörd dəfə az sayda buraxıb.

 

Bu barədə “Euractiv” Avropa Komissiyasının Aİ ölkələrinin hökumətlərinə göndərdiyi məxfi sənədə istinadən məlumat yayıb.

 

Sənədə əsasən, göstərilən müddətdə Qəzzada humanitar yardım daşıyan cəmi 188 yük maşını boşaldılıb, hərçənd İsrail beş gün ərzində gündə azı 160 maşına, yəni ümumilikdə azı 800 maşına icazə verməyə borclu idi.

 

İsrail isə öz hesabatlarında 737 yük maşınının keçməsinə icazə verdiyini açıqlayıb. Onlar sənəddə də vurğuladıqları kimi, buraya BMT yardımı ilə bağlı olmayan kommersiya tədarüklərini də daxil ediblər.

 

Senzor.az bildirir ki, bu arada  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında uşaqlar arasında kəskin qida çatışmazlığı hallarının sayında görünməmiş artım olduğunu bəyan edib.

 

Təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib ki, 2025-ci ilin iyul ayında 5 yaşa qədər təqribən 12 min uşaqda kəskin qida çatışmazlığı aşkar edilib - bu, regionda aparılan müşahidələr tarixində ən yüksək aylıq göstəricidir.

 

“Ərzaq tədarükünün ümumi həcmi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tamamilə qeyri-kafi olaraq qalır”, - ÜST rəhbəri vurğulayıb.

 

ÜST bu il yanvarın əvvəlindən iyulun sonuna kimi azı 99 fələstinlinin, o cümlədən 29-u 5 yaşdan kiçik uşağın aclıqdan öldüyünü təsdiqləyə bilib. Qebreyesus qeyd edib ki, real rəqəmlər, çox güman ki, daha yüksəkdir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, aclıqdan ölənlərin sayı 193-ə çatıb ki, onlardan 96-sı uşaqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.