Ukraynada Azərbaycan qazının tədarük olunduğu qaz kəməri işini bərpa edib – RUSİYA PUA İLƏ VURMUŞDU

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

 

“Reuters” agentliyi bildirir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.

 

"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.

 

Xatırladaq ki, Rusiya Ukraynanın cənubunda Odessa vilayətində ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasına zərbə endirib. "Orlovka" Yunanıstanın LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir. Kiyev bu marşrutu son dərəcə vacib adlandırıb, çünki o, Yunanıstan və Türkiyə terminallarından LNG-yə, Azərbaycan və Rumıniya boru kəməri qazına və potensial olaraq Bolqarıstan dəniz qazına çıxış təmin edir.

 

Keçən ay Ukrayna ilk dəfə olaraq Transbalkan marşrutu ilə Azərbaycan qazının sınaq tədarükünü həyata keçirib və Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.