"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır"
DƏMİR YOLU ƏLAQƏSİNİ AÇMAĞA DA...
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və buna hazırdır".
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
 
“Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq həmişə Ermənistan hökumətlərinin hədəfi olub", - o bildirib.
 
Paşinyan əlavə edib ki, İrəvan bu məqsədə çatmaq üçün danışıqlara ehtiyac olduğunu anlayır.
 
Baş nazir həmçinin bildirib ki, İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa da hazırdır: “Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”.
 
Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlər razılaşdırılmalıdır.
 
“Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək, ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir”, - deyə Paşinyan əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.