"Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq".
Senzor.az bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş həmin Mərkəzə müraciət edərək tibblə bağlı istənilən sorğunu ünvanlaya biləcək: “Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müaricətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq operativ və effektiv baxılması təmin ediləcək”.
Nazir onu da bildirib ki, Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub.
Onun dediyinə görə, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də digər dövlət qurumları ilə əməkdaşlığın aparılmasıdır.
T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb.