Paşinyan: Sünikdən keçən yolu Ermənistan-ABŞ şirkəti idarə edəcək

Ermənistan-ABŞ şirkəti Sünikdən keçən yola nəzarət etməyəcək, onu idarə edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

Onun sözlərinə görə, bu marşrutda biznes idarəetməsi həyata keçiriləcək.

 

Baş nazir ABŞ-ın nəzarəti altında olacaq yoldan İran yük maşınlarının keçməsi ehtimalı ilə bağlı məsələyə də münasibət bildirib və hazırda Ermənistanın digər ərazilərində Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yoluna dair təcrübəni xatırladıb.

 

O, dəmir yolunun bir çox erməni yaşayış məntəqələrindən keçdiyini və bu şəraitdə nə Gürcüstan, nə də İran maşınlarının oradan keçərkən heç bir problemlə qarşılaşmadığını vurğulayıb.

 

N.Paşinyan onu da qeyd edib ki, Ermənistan nəzarət-buraxılış məntəqələrində yoxlama prosedurlarını sadələşdirəcək: "Biz təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrimizdə sadələşdirmələrə gedəcəyik ki, biznes mühitini - ixrac, idxal, tranziti mümkün qədər sadələşdirək. Bu, istənilən halda biznesin aparılması üçün ən münasib və vacib mühitdir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.