Bayden amerikalıları Ukraynanı dərhal tərk etməyə çağırdı
MÜHARİBƏ BAŞLAYIR?
ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Ukraynaya göndərilməyəcək.
 
Bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
 
Bayden əlavə edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək: “Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq”.
 
Bayden Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: “Amerika vətəndaşları indi getməlidir”.
 
O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əmin olduğunu bildirib.
 
“Report” xatırladır ki, Amerika vətəndaşlarının mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməli olduqları barədə ABŞ Dövlət Departamenti də bəyanat yayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.