Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.
Senzor.az bildirir ki, bu barədə TDT məlumat yayıb.
Toplantıda Ağsaqqalar Şurasının sədri Binali Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycanı isə Şuranın üzvü, diplomat Həsən Həsənov təmsil edib.
İclasda Türkiyə Prezidenti fevralın 9-da İstanbulda keçirilən Ağsaqqallar Şurasının XII toplantısı barədə məlumatlandırılıb.
Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının İstanbulda keçirilən XII toplantısında Ağsaqqallar Şurasının sədri və AK Partinin sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Azərbaycan tərəfindən təşkilatın Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan ağsaqqallar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Baş katib Bağdad Amreyev hazırda TDT-nin çətiri altında həyata keçirilən əməkdaşlıq tədbirləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilən qərarların icrası barədə məlumat verib.
Sonra VIII Zirvə Görüşündə qəbul edilən qərarlar, Ağsaqqallar Şurasının yenilənmiş Əsasnaməsi ətrafında fikir mübadiləsi aparılıb və Ağsaqqallar Şurasının XIII iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.