ABŞ Prezidenti Donald Tramp bu gün kəşfiyyat xidmətlərinin mətbuat üçün qapalı olan brifinqində iştirak edəcək.
Qrafikə əsasən, brifinq saat 11:00-da Ağ Evin Oval kabinetində başlayacaq.
Brifinqin mövzusu açıqlanmır.
“Report” xatırladır ki, daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcəyini yazmışdı. Qeyd edilib ki, amerikalı rəsmilər NATO üzrə müttəfiqlərə Kiyevi eyni dəstəklə təmin etmək xahişi ilə müraciət ediblər.