Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı XİLAS EDİLİB
FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı Tatyana Dolivets xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını bildirib.

 

Bu barədə o özünün "Instagram" hesabından paylaşım edib.

 

“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”, - deyə o paylaşımında bildirib. 

**14:26

 

Azərbaycan vətəndaşı, səyyah Tatyana Dolivets Rusiyanın Kamçatka bölgəsində bir qrup turistlə birlikdə köməksiz vəziyyətdə qalıb.

 

Senzor.az bildirir ki, səyyahın özünün sosial media hesabından yaydığı məlumata görə, turistlər Tanqivaşka çayı yaxınlığındakı Kleşnya dayanacağında təcrid olunublar.

 

Qeyd olunub ki, güclü sel nəticəsində yolun 30 kilometrlik geri dönüş hissəsi yuyulub, çay məcrasından çıxıb və ərazidən geri qayıtmaq mümkün deyil.

 

Dolivetsin sözlərinə görə, onun daxil olduğu turist qrupu 16 nəfərdən ibarətdir və onlar “Ural” markalı avtomobildədirlər. Ərazidə ümumilikdə təxminən 100 nəfərin xarici aləmlə əlaqəsinin kəsildiyi bildirilir. Onların arasında Azərbaycanla yanaşı, Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

 

Səyyah qeyd edib ki, turistlərin ərzaq ehtiyatı cəmi bir günə kifayət edəcək.

 

T.Dolivets həmçinin internet bağlantısının olmadığını, mesajı göndərmək üçün xüsusi olaraq rabitənin mövcud olduğu yeganə yerə getdiklərini bildirib. O, bundan sonra internetə çıxışının olmayacağı üçün göndərilən mesajlara cavab verə bilməyəcəyini də qeyd edib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.