Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

2026-cı il yanvarın 1-dən avqustun 15-nə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb.

 

Bunları "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov deyib.

 

O qeyd edib ki, bununla belə, Ukraynada hələ də qalma müddətini pozan və ya miqrasiya statusunu rəsmiləşdirməyən Azərbaycan vətəndaşları var: "Hazırda bu məsələyə xüsusilə ciddi yanaşmaq lazımdır, çünki 22 may 2026-cı ildən Ukraynada Ukrayna Dövlət Miqrasiya Xidməti, Ukrayna Dövlət Sərhəd Xidməti, Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının iştirakı ilə "Miqrant" ümumdövlət tədbirləri həyata keçirilir".

 

Ş.Məhərrəmov bildirib ki, Ukraynada yaşayan azərbaycanlılara qalma müddətlərini və sənədlərinin qüvvədə olub-olmadığını yoxlamağı tövsiyə edir: "Həmvətənlərimiz miqrasiya statuslarına ciddi yanaşsınlar. Əgər qalma müddəti artıq pozulubsa və ya sənədlərlə bağlı problem varsa, bunun dövlət orqanları tərəfindən aşkar edilməsini gözləmək əvəzinə, mümkün qədər tez qanuni həll yollarını araşdırmaq lazımdır. Miqrasiya qanunvericiliyinin pozulması yalnız cərimə ilə deyil, müəyyən hallarda məcburi geri qaytarılma, ölkədən məcburi çıxarılma və Ukraynaya giriş qadağası ilə də nəticələnə bilər".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.