Türkiyədə "Kuytulcular" təşkilatına qarşı əməliyyat: 56 ŞÜBHƏLİ HAKİM QARŞISINA ÇIXARILDI
VİDEO

Türkiyədə “Furkan Vəqfi”nə qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 56 nəfər hakim qarşısına çıxarılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı vəqfin təsisçi rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytulla bərabər təşkilata yaxın şəxslər də saxlanılıblar.

 

Adana Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin 19 avqustda keçirdiyi əməliyyat nəticəsində 32 şübhəlinin həbsindən sonra daha 24 nəfər saxlanılıb.

 

"Kuytulcular" kimi tanınan təşkilatın üzvləri "qanunsuz birlik yaratmaq və idarə etmək", "cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması", "dələduzluq", "rəsmi sənədlərin saxtalaşdırılması" və "vergidən yayınma"da ittiham olunurlar.

 

Araşdırma zamanı 349 nəfərin sosial mediada təşkilatın xeyrinə fəaliyyət göstərdiyi müəyyən edilib və onların hesabları bloklanıb.

Video sonradan əlavə olunub






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.