İsrail Prezidenti Türkiyəyə martın əvvəlində gedəcək
İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfər tarixi müəyyənləşib.
 
Bu barədə “TRT Haber” məlumat yayıb.
 
Bildirilib ki, İsrailin dövlət başçısının Türkiyəyə səfəri martın 9-10-da baş tutacaq. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
“Report” xatırladır ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilərə münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.
 
2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
 
2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.