Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) ümumi müdafiə potensialını birləşdirməyə, gücləndirməyə, müdafiə və təhlükəsizlik sahəsində muxtariyyətə nail olmağa yönəlmiş təşəbbüslər paketini təqdim edib.
Bu barədə “İnterfax” məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, geosiyasi rəqabətin dərinləşməsi fonunda Avropa İttifaqı texnoloji üstünlüyünü qoruyub saxlamalıdır.
Bu yeni təşəbbüslər paketində Aİ daxilində əməkdaşlığın artırılması yolu ilə daha inteqrasiya olunmuş və rəqabətli müdafiə sisteminin gücləndirilməsi yer alıb. Avropa müdafiə istehsalının miqyasını artırır, xərcləri azaltmaqlaq əməliyyat səmərəliliyini artırmağı düşünür.
Bu məqsədlərə nail olmaq üçün vasitələr arasında quruma üzv dövlətləri tərəfindən birgə müdafiə layihələrinə investisiyalar üçün əlavə stimullar, birgə müdafiə satınalmalarının təşviqi, birgə tədqiqatlar və müdafiə aktivlərinin ixrac nəzarəti daxildir.
“Report” xatırladır ki, 2022-ci ilin sonuna qədər Avropa Müdafiə Fondu (EDF) müdafiə tədqiqatları və müdafiə qabiliyyətinin inkişafı layihələrinə 1,9 milyard avro sərmayə qoyacaq.