Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
“Haber Global” bildirir ki, iclasın əsas gündəmi Rusiya və Ukrayna arasında gərginlik, elektrik enerjisinin qiymətləri və inflyasiya ilə mübarizə olub.
Toplantı 4 saat davam edib.
**17:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.
“TRT Haber” bildirir ki, toplantının əsas mövzularından biri Ermənistanla diplomatik əlaqələrin bərpasıdır.
Bundan başqa, terrorla mübarizə, Rusiya- Ukrayna gərgilinliyi və digər məsələlər barədə də fikir mübadiləsi aparılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu iclası iki həftə əvvəl keçirilmişdi.