ABŞ Prezidenti Cozef Bayden cümə günü Ukraynadakı vəziyyətlə bağlı bir sıra ölkələrin liderləri ilə telefon danışığı aparmaq niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat qrupu məlumat yayıb.
"Prezident günortadan sonra transatlantik liderlərlə Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələr toplaması, təmkinliliyimiz və diplomatik səylərimiz barədə telefon danışığı aparacaq", - Ağ Evdən bildiriblər.
Xəbərdə telefon danışığının iştirakçıları və onun başlayacağı konkret vaxt göstərilmir.
Xatırladaq ki, cümə axşamı Kanadanın Baş nazir Castin Trüdonun mətbuat xidməti də Baydenin Kanada, Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri, eləcə də Avropa İttifaqının və NATO-nun rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıq aparacağını bildirib.
Amma telekonfransın başlama vaxtı dəqiqləşdirilməyib.