Türkiyə Xarici İşlər Nazirliyi NATO-ya üzvlüyünün 70 illiyi ilə əlaqədar bəyanat yayıb.
Senzor.az bildirir ki, Türkiyənin soyuq müharibə dövründə olduğu kimi, indi də Alyansın məsuliyyətli və aparıcı üzvlərindən biri olduğunun ifadə edildiyi bəyanatda deyilir: “NATO-nun sərhədlərinin qorunmasında rolundan əlavə, Türkiyə qurumun missiyasına və əməliyyatlarına geniş töhfələr verib. Alyansın əsas dəyərlərinə uyğun prinsipial və uzaqgörən yanaşmaları ilə NATO-nun istiqamətlərini müəyyənləşdirən aparıcı müttəfiqlər sırasında yer alıb.
Bir tərəfdən NATO-nun 2030-cu illərlə bağlı hədəflərinin müzakirə edildiyi, digər tərəfdən də hərtərəfli təhlükəsizlik sınaqlarının keçirildiyi bu dövrdə ölkəmiz həm müdafiə və təhlükəsizlik baxımından üzərinə düşəni artıqlaması ilə yerinə yetirir, həm də NATO-nun dəyişmə və yenilənmə prosesi istiqamətində mənalı və özünəməxsus töhfələr verməyə davam edir.
Təkcə ölkəmiz üçün deyil, bütün Avro-Atlantik coğrafiyası üçün də təhlükə yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizə başda olmaqla, təhlükəsizliyin və sabitliyin 360 dərəcə qorunması istiqamətində səylərimizi qətiyyətlə davam etdirəcəyik. Bu baxımdan bizim müttəfiqlərimizdən gözləntimiz NATO-nun ortaq məxrəcini təşkil edən birlik və həmrəylik ruhunu tam şəkildə nümayiş etdirməkdir”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə ölkəsinin Alyansa üzvlüyünün 70-ci ildönümü münasibətilə video-mesaj yayımlayıb.
“Bu gün Türkiyənin NATO-ya üzvlüyünün 70-ci ildönümüdür. Türkiyə Alyansın ikinci ən böyük ordusuna sahibdir. Müttəfiqik və birlikdə daha güclüyük”, - nazir vurğulayıb.
H.Akar həmçinin vurğulayıb ki, "Türkiyə NATO qarşısındakı bütün öhdəliklərini daim yerinə yetirib və gələcəkdə də yerinə yetirəcək”.