
Senzor.az Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən bildirir ki, iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.
