İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildi - YENİLƏNİB
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
 
Senzor.az
bildirir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
 
Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.
 
İ.Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

AAAF-ın yeni prezidenti İnam Kərimov seçkidən sonra keçirilən mətbuat konfransında bu vəzifəyə seçildiyi üçün üzvlərə təşəkkür edib: “Bu, böyük etimatdır".
 
O, ağırlıqqaldırmanın önəmli idman növlərindən olduğunu xatırladıb: "Bu, Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqincə təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik".
 
İ.Kərimov federasiyanın toplantısında müzakirə olunan məsələlərə də toxunub: "Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuzun hədəfləri müəyyənləşdirməliyik".
 
AAAF prezidenti vurğulayıb ki, ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir. O bildirib ki, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".
 
Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb: "İdmançılarla birlikdə iş aparmalı və onları marifləndirməliyik. Birinci əsas məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzunmüddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır".
 
İ.Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".
 
**10:37 

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizədin adı məlum olub.
 
Senzor.az bildirir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
 
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.
 
Qeyd edək ki, hazırda AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.