Pakistanın Baş naziri gələn həftə Moskvaya gedəcək
23 İLDƏN SONRA İLK DƏFƏ
Pakistanın Baş naziri İmran Xan gələn həftə Moskvaya səfər edəcək.
 
Senzor.az bildirir ki, bu barədə TASS-a diplomatik dairələrdəki mənbə məlumat verib.
 
"Səfər fevralın 23-24-də baş tutacaq", - mənbə bildirib.
 
Hindistanın “Wion” telekanalı isə sabiq Baş nazir Nəvaz Şərifin sonuncu dəfə 1999-cu ilin martında Moskvaya səfər etdiyini xatırladaraq vurğulayıb ki, İmran Xan son 23 ildə Rusiyaya ikitərəfli səfər edəcək ilk baş nazir olacaq.
 
Məlumata görə, danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətləri, müdafiə məsələlərini, Əfqanıstandakı vəziyyəti və “Pakistan axını” qaz kəmərini müzakirə edəcəklər. Xanın nümayəndə heyətinə Pakistan Nazirlər Kabinetinin nazirləri daxildir. 
 
Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.