Fevralın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfəri başlayıb.
Senzor.az bildirir ki, dörd gün davam edəcək səfər ərzində Türkiyə Prezidenti üç Afrika ölkəsində olacaq. Prezident Ərdoğan ilk olaraq Konqo Demokratik Respublikasına gedəcək. Türkiyə Prezidenti daha sonra Seneqala və Qvineya-Bisauya gedəcək.
Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir müşayiət edirlər.
Səfər çərçivəsində təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Türkiyə ilə Afrika ölkələri arasında diplomatik, ticarət və humanitar sahələr üzrə atılacaq addımlar müzakirə olunacaq, ikitərəfli ticarət müqavilələri ətrafında fikir mübadilələri aparılacaq.
Prezident Ərdoğanın seneqallı həmkarı ilə birlikdə paytaxt Dakarda türk şirkəti tərəfindən inşa edilən 50 min nəfərlik “Dakar Olimpiya Stadionu”nun açılış mərasimində iştirakı gözlənilir.
Qeyd edək ki, bu, prezident səviyyəsində Türkiyədən Qvineya-Bisauya ilk rəsmi səfərdir.