Fransa Prezidenti Emmanuel Makron ayrı-ayrılıqda rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıb.
Senzor.az bildirir ki, telefon söhbətləri zamanı Ukrayna ətrafındakı vəziyyətin diplomatik həlli yollarının axtarışını aktivləşdirmək daha məqsədəuyğun hesab edilib.
Danışıqlar zamanı Makron Donbasdakı təmas xəttində vəziyyətin kəskin şəkildə pisləşməsindən ciddi narahatlığını bildirib.
Tərəflər arasında Donbasda sülhün bərqərar olunması üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Yeri gəlmişkən, E.Makron V.Putinlə bir saat qırx beş dəqiqə danışıb. Fransa Prezidentinin V.Zelenski ilə söhbət isə yarım saat davam edib.
**19:34
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti zamanı Donbasda vəziyyətin gərginləşməsindən dolayı ciddi narahat olduğunu açıqlayıb.
Senzor.az bildirir ki, Kremlin yaydığı açıqlamada belə deyilir.
Putin bildirib ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə konkret və əsaslı şəkildə cavab verməlidirlər.
Rusiya və Fransa liderləri Ukrayna ətrafındakı vəziyyətin diplomatik həlli yollarının axtarışını aktivləşdirməyi məqsədəuyğun hesab ediblər.