İran Prezidenti ölkədəki etiraz aksiyaları haqda: GÜNAHI ABŞ-da AXTARMAYIN, MƏSULİYYƏT BİZİM ÜZƏRİMİZDƏDİR
VİDEO

İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədəki keçirilən etiraz aksiyaları barədə danışarkən deyib.

 

“Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-da və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir", - Pezeşkian vurğulayıb.

 

Qeyd edək ki, İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları davam edir. “Azad İran” xəbər verir ki, İlam əyalətinin Dərreşəhr şəhərində etirazçılar küçələrə çıxaraq ölkənin ali rəhbəri Ayətullah Əli Xameneiyə aid bannerləri yararsız hala salıblar.

 

Etirazların digər bölgələrə də yayıldığı bildirilir. Fuladşəhr və Lordeqan şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib.

 

Məlumata görə, hadisələr zamanı bir neçə etirazçı güllə yarası alaraq həyatını itirib. Ölənlərdən ən azı üç nəfərin kimliyi müəyyən edilib. 15 nəfərin saxlanıldığı bildirilib.

 

Fars əyalətinin Kəvar şəhərində də polis qüvvələrinin etirazçılara qarşı silahdan istifadə etdiyi iddia olunur. İlam əyalətinin Dehloran şəhərində isə sakinlər hökumət əleyhinə şüarlarla etiraz yürüşü keçiriblər.

 

Kuhdəşt şəhərində etirazçıların küçələrdə barrikadalar qurduğu qeyd edilir. Eyni zamanda, Məşhəd, Həmədan, Qum şəhərlərində və Kərəcin Qohərdəşt bölgəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilir.

 

Həmədan şəhərində baş verən hadisələr zamanı “Bəsic” qüvvələrindən bir üzvün öldürüldüyü barədə məlumat yayılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.