
Rusiya Müdafiə Nazirliyində (MN) Prezident Vladimir Putinin Novqoroddakı iqamətgahına pilotsuz uşuş aparatları (PUA-dron) ilə hücumla əlaqədar brifinq keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Hava kosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Ukrayna 28-29 dekabr tarixləri arasında Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına uzaqmənzilli PUA-lardan istifadə edərək hücum etməyə cəhd edib.
Onun sözlərinə görə, Ukrayna PUA-ları Sumı və Çerniqov vilayətləri ərazisindən Putinin iqamətgahına hücum etmək üçün buraxıb.
Qeyd olunub ki, Putinin iqamətgahına PUA hücumu Moskva vaxtı ilə saat 19:20 radələrində aşkar olunub: "Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidentinin iqamətgahına hücum etmək üçün 91 PUA göndərib. Bütün Ukrayna PUA-ları məhv edilib. PUA hücumu zamanı Rusiya Prezidentinin iqamətgahına heç bir ziyan dəyməyib".
Rusiyalı general vurğulayıb ki, Ukraynanın məlum PUA hücumu məqsədyönlü olub, dəqiqliklə planlaşdırılıb.