Lukaşenko Putinə xəbərdarlıq edib: TERROR GÖZLƏNİLİR!
VİDEO

“Kəşfiyyat mənə Vladimir Putinə qarşı terror aktının hazırlanması ehtimalı barədə məlumat verib”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

“Kəşfiyyatçılarımız son vaxtlar yaxşı işləyirlər, bizi məlumatlandırdılar. Qərbdən gələn söz-söhbətdə Rusiya Prezidentinə qarşı terror aktının hazırlandığı barədə məlumatlar vardı”, - o bildirib.

 

Lukaşenko vurğulayıb ki, Ukraynada müharibə davam etdiyi müddətdə ehtiyatlı olmaq lazımdır: “Ona tez-tez deyirəm: müharibə gedir, ora-bura uçmağa ehtiyac yoxdur. Lazımdırsa, qoy özləri sənin yanına gəlsinlər.

 

Düşünürəm ki, o zaman xəbərdar edib BRİKS sammiti üçün Cənubi Afrikaya səfərdən onu çəkindirməkdə nə qədər haqlı olmuşam. Qərbdə hamı elə düşünür ki, Putini aradan götürsələr, hər şey tamam başqa cür olacaq. Buna ciddi yanaşmaq lazımdır. Bunu bu gün ilk dəfə açıqlayıram, ehtiyatsız davranmaq olmaz. Onlar aldatmışdılar, bunu o da daim etiraf edir”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.