
Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak hələ 2019-cu ildə amerikalı siyasi texnoloqla ölkəyə rəhbərlik etmək mövzusunda məsləhətləşib.
Senzor.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz “Telegram” kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə istinadən yazıb.
Mendelin iddiasına görə, Yermak digər məmurlara Zelenskinin birbaşa əmrlərini yerinə yetirməməyi tövsiyə edib.
O, özünün də Yermakdan belə göstərişlər aldığını bildirib.
Xatırladaq ki, Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.